“Avropa irs günləri”

  • SpaceTV
  • 20 Sentyabr 2019 11:50

Qobsutan milli qoruğu bu günlərdə  ziyarətçilərinə   fərqli formada təqdim oluncaq. Tursitlər  hər qayası bir tarix olan bu məkanı daha da maraqlı edən məqamları gözləri ilə  görə biləcəklər.

Qobustanın  ecazkar məkan olduğu faktını  dünya mədəni risinin qorunmasından məsul olan şəxslər də təsdiqləyirlər. YUNESKO  milli komitəsinin sədri , tarixi abidələrin qorunması ilə məşğul olan  Maltalı ekspert Raymond  Bondin də onlardandır. Onun sözlərinə görə,  Qobustan Dünya Mədəni İrs Siyahısının incisidir və   və Azərbaycan bu incini qorumaqla  bəşəriyətə töhfə vermiş olur. Bu tarixi məkanın digərlərindən  fərqi odur ki, o açıq səmada yerləşir və  qədim insan məskəni kimi  cazibadarlığını itirmir. Bu məkanı daha çox turistə tanıtmaq üçün  təşkil edilən bütün tədbirlər isə  bəyəniləndir.

Qobustan həm də  bəzi  milli kinolarımızın çəkildiyi məkanlardandı və həmin filmlərin çəkildyi yerləri turistlərə göstərmək həm də milli kinolarımızın təbliğatı baxımından əhəmiyyətli  hesab olunur.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan Avropa İrs Günləri hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Paylaş

 Xəbəriniz olsun