Avropa Dərman Agentliyi: “Koronavirus əleyhinə peyvəndin hazırlanması azı bir il çəkəcək”

  • Space TV
  • 14 May 2020 16:57

Avropa Dərman Agentliyi (EMA) COVID-19 əleyhinə peyvəndin ən yaxşı halda 2021-ci ildə hazırlanacağını elan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yerləşdirilib.

“Peyvəndin nə vaxt hazırlanacağını təxmin etmək çətindir. Avropa Dərman Agentliyi mövcud təcrübəyə əsaslanaraq hesab edir ki, COVID-19-a qarşı vaksinin istifadə üçün təsdiqlənməsinə və geniş həcmdə istehsalına minimum bir il vaxt lazımdır”, – agentliyin açıqlamasında qeyd olunub.

Hazırda Avropa Dərman Agentliyi koronavirus əleyhinə vaksin hazırlayan 33 istehsalçı ilə danışıqlar aparır.

Paylaş

 Xəbəriniz olsun