Avropa çempionatında Azərbaycanı kubalı təmsil edəcək

  • Space TV
  • 1 Mart 2021 13:47

Polşanın Torun şəhərində qapalı məkanda 5-7 mart tarixlərində keçiriləcək atletika üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək idmançının adı müəyyənləşib.

Spacetv.az-ın əldə etdiyi xəbərə görə, Azərbaycan Avropa çempionatında yalnız atletikanın üçtəkanla tullanma növündə təmsil olunacaq.

Yeganə təmsilçimiz kubalı legioner Aleksis Kopelyo olacaq. Kubanı təmsil etdiyi vaxt Pan Amerikan Oyunlarının qalibi olmuş və dünya çempionatının bürünc mükafatçısı olmuş 35 yaşlı Kopelyo Polşada qitə birinciliyinin medalını qazanmağa çalışacaq. Bundan başqa, o, 17,14 metr və ya ondan daha çox məsafəyə tullanmaqla Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Qeyd edək ki, Olimpiadaya vəsiqə qazanmış üçtəkanla tullanma üzrə atlet Nazim Babayev bu yarışda iştirak edə bilməyəcək. Analoji turnirin son qalibi ötən ay İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazansa da, zədələnib.

Paylaş

 Xəbəriniz olsun