Avropa çempionatı: Rüstəm Orucov bürünc medal qazana bilər

  • SpaceTV
  • 20 Noyabr 2020 16:43

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Spacetv.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsindəki Murad Fətiyev ardıcıl olaraq Yaromir Musil (Çexiya), Anri Egutidze (Portuqaliya) və Dominik Druzetanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb. 1/4 mərhələsində belçikalı Mattias Casseyə uduzan cüdoçu təsəlliverici görüşdə iştirak hüququ əldə edib. O, bu mərhələdə gürcüstanlı Luka Maisuradze ilə qarşılaşır.

73 kq-dakı Telman Vəliyev 1/16 finalda Vadim Şokaya (Belarus) uduzaraq mübarizəni erkən dayandırıb. Bu çəkidəki titullu idmançı Rüstəm Orucov isə Klaudio Nunyes Dos Santos (Lüksemburq), Aleksandru Raicu (Rumıniya) qalib gəlsə də, Laşa Savdatuaşvilinin (Gürcüstan) müqavimətini qıra bilməyib və təsəlliverici görüşlərdə iştirak edəcək.

Paylaş

 Xəbəriniz olsun