Avropa Birliyi təmsilçisi bu gün Türkiyəyə səfər edəcək

  • Space TV
  • 3 Mart 2020 11:39

Avropa Birliyi Xarici işlər və Təhlükəsizlik Siyasəti təmsilçisi Josep Borrel bu gün Türkiyəyə səfər edəcəyini açıqlayıb.

SPACE TV  xəbər verir ki, səfərin gündəmində miqrant böhranı və İdlib olacaq. Onun Ankarada Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Prezident köməkçisi Fuad Oqtay və Türkiyə Müdafiə naziri Hülusi Akar ilə görüşməsi gözlənilir.

Qeyd edək ki, Josep Borel ötən gün İdlibdəki prosesi müzakirə etmək üçün Avropa Birliyi Xarici İşlər nazirlərini təcili iclasa çağırmışdı. İclas Xorvatiyada, martın 6-da keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun