AVRO-2020 üçün müsahibə

  • Space TV
  • 18 Yanvar 2021 13:51

Bu gündən etibarən “Avro-2020 Bakı Könüllülər Proqramı”nın müsahibə mərhələsinə start veriləcək. 

ZOOM Platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər Avro-2020 Bakı Könüllülər komandasına qoşulacaqlar.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.

Paylaş

 Xəbəriniz olsun