AVRO-2020: Qrupların tərkibi müəyyənləşdi

  • Space TV
  • 13 Noyabr 2020 11:02

Futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib.

Spacetv.az xəbər verir ki, bu gün final mərhələsinə vəsiqə qazanan son 4 ölkənin adı müəyyənləşib.

Gürcüstan öz meydanında Şimali Makedoniyaya uduzaraq, final mərhələsinə vəsiqə qazana bilməyib. 

Ən maraqlı qarşılaşmalardan biri Macarıstan və İslandiya yığmaları arasında olub. Qarşılaşmanın 11-ci dəqiqəsində İslandiya yığması hesabda önə çıxıb. Macarıstan kollektivi oyunun sonunda vurduğu iki qolla qələbə qazana bilib. 

Şimali İrlandiya – Slovakiya və Serbiya – Şotlandiya görüşündə eyni ssenari yaşanıb. Hər iki qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penalti zərbələri təyin olunub. Hər iki oyunda qonaq komanda penaltiləri daha dəqiq yerinə yetirib və final mərhələsinə vəsiqə qazanıb. 

Avropa çempionatında bütün qruplarının tərkibini təqdim edirik:

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya.

Paylaş

 Xəbəriniz olsun