“AVRO-2020 ilə bağlı fan-zonalara giriş pulsuz olacaq” – Elxan Məmmədovdan Açıqlama

  • SpaceTV
  • 19 Fevral 2020 12:25

“Avropa Liqasının finalı ərəfəsində Təşkilat Komitəsinə suvenir lazım idi. Amma bu sahə ilə məşğul olan yerli şirkət tapılmadı”.

SPACE TV xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə “AVRO 2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə deyib. O, məcburiyyətdən tədbir başlar-başlamaz xarici şirkətdən suvenirlərin sifariş olunduğunu söyləyib: “4 gündən sonra bütün mallar satıldı. Oyun günü heç bir suvenir qalmamışdı”.

E.Məmmədov “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə müqayisədə AVRO-2020 zamanı futbol fan-zonalarına girişin pulsuz olacağını da vurğulayıb: “Bunun üçün bilet sahibi olmağa gərək yoxdur. Tam açıq, əyləncə məkanıdır. Təbii ki, orada qiymətlər Avropadakı kimi olmayacaq, yerli bazara uyğunlaşdırılacaq”.

Paylaş

 Xəbəriniz olsun