AVRO-2020 bu il də keçirilməyə bilər

  • Space TV
  • 19 Yanvar 2021 16:15

Ümumdünya Səhiyyə Təşkilatının eksperti, professor Santyaqo Mas-Koma futbol üzrə Avropa Çempionatının yenidən təxirə salınması ilə bağlı ehtimal irəli sürüb.

Spacetv.az xəbər verir ki, bu barədə “Sport24” portalı məlumat verib.

“Peyvəndlər virusun yayılmasının qarşısını ala biləcəkmi? Bu sualın dəqiq cavabı hələ də yoxdur. Bilirik ki, peyvənd olunmuş şəxslər yenidən xəstələnə və ətrafdakıları yoluxdura bilərlər. Digər tərəfdən vaksinasiyanın təşkili, peyvəndlərin çatdırılması ilə bağlı da problemlər mövcuddur. Hazırda formalaşan əminsizlik mühiti optimist proqnozlar üçün əsas vermir. Belə olan şəraitdə yarışların yenidən təxirə salınması barədə düşünürük”, – deyə alim bildirib.

Ekspertin fikrincə, yekun qərarın qəbul edilməsi təkcə epidemioloji vəziyyətdən asılı olmayacaq. İnsanların yenidən başqa ölkələrə səfər etmək qorxusu da nəzərə alınacaq.

Qeyd edək ki, AVRO-2020 artıq bir dəfə təxirə salınıb. Yarışın cari ilin yayında keçirilməsi nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun