“Avro–2020”: Bu gün yeddinci tura start veriləcək

  • SpaceTV
  • 10 Oktyabr 2019 11:14

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin yeddinci turuna start veriləcək.

SPACE TV xəbər verir ki, turun ilk oyun günündə C, E, G və I qruplarında, ümumilikdə, 10 qarşılaşma oynanılacaq.

Günün görüşləri aşağıdakılardır:

“C” qrupu:

Belarus – Estoniya,

Niderland – Şimali İrlandiya.

Xal durumu: Almaniya – 12 xal (5 oyuna), Şimali İrlandiya – 12 (5), Niderland – 9 (4), Belarus – 3 (5), Estoniya – 0 (5).

“E” qrupu:

Xorvatiya – Macarıstan,

Slovakiya – Uels.

Xal durumu: Xorvatiya – 10 xal (5 oyuna), Slovakiya – 9 (5), Macarıstan – 9 (5), Uels – 6 (4), Azərbaycan – 1 (5).

“G” qrupu:

Avstriya – İsrail,

Şimali Makedoniya – Sloveniya,

Latviya – Polşa.

Xal durumu: Polşa – 13 xal (6 oyuna), Sloveniya – 11 (6), Avstriya – 10 (6), Şimali Makedoniya – 8 (6), İsrail – 8 (6), Latviya – 0 (6).

“I” qrupu:

Qazaxıstan – Kipr,

Belçika – San Marino,

Rusiya – Şotlandiya.

Xal durumu: Belçika – 18 xal (6 oyuna), Rusiya – 15 (6), Qazaxıstan – 7 (6), Kipr – 7 (6), Şotlandiya – 6 (6), San Marino – 0 (6).

Paylaş

 Xəbəriniz olsun