Avqustda dünya mərkəzi bankları 12 tondan çox qızıl satıb

  • Space TV
  • 8 Oktyabr 2020 17:57

Dünya mərkəzi bankları avqust ayında qızıl-valyuta ehtiyatlarından 12,3 ton qızıl satıb.

Spacetv.az xəbər verir ki, bunu “World Gold Council” (WGC) təşkilatının hesabatından görmək olar.

Təxminən son bir il yarım ərzində ilk dəfə satış həcmi alış həcmini üstələyib.

Əsas alıcılar artıq ənənəvi olaraq Qırğızıstan (5 ton), Hindistan (4 ton), Türkiyə (3,9 ton), BƏƏ (2,4 ton), Qətər (1,6 ton), Monqolustan və Qazaxıstan (hərəsi 1,3 ton) olub.

Paylaş

 Xəbəriniz olsun