ATU-da Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

  • SpaceTV
  • 10 Dekabr 2019 17:14

Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Tibb Universiteti ilə birgə təşkil olunub. Nəsimi RİH-nin əməkdaşları millət vəkilləri və ATU-nun professor-müəllim heyətinin iştirakı ilə baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.Tədbirdə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən geniş nitq söyləyib. Müdrik rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirən Asif  Əsgərov bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlərin Ulu Öndərin siyasətinin nəticəsinin olduğunu vurğulayıb.Tədbir öz işinə bədii hissə ilə davam edib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun