Atmosferə tullantı atan müəssisənin istehsalat üzrə direktoru cəzalanıb

  • Space TV
  • 19 Avqust 2020 11:15

Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sacetv.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib:

“Faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

Paylaş

 Xəbəriniz olsun