Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalandırıldı

  • Space TV
  • 17 Avqust 2020 11:39

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsində fəaliyyət göstərən 1 saylı Yol İstismarı İdarəsinə məxsus asfalt-beton qurğusundan atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib. 

Spacetv.az xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, faktla bağlı idarənin məsul şəxsi Hidayət Rzayev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. 

“Təmizləyici qurğunun quraşdırılması üçün idarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

Paylaş

 Xəbəriniz olsun