“Atletiko” “Valensiya”nın futbolçusunu transfer etdi

  • Space TV
  • 3 Noyabr 2020 16:07

İspaniyanın “Atletiko” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Spacetv.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Valensiya”nın yarımmüdafiəçisi Cofrre Kondoqbiyanı transfer edib.

“Atletiko” bu keçid üçün qarşı tərəfə 15 milyon avro təzminat ödəyəcək. 27 yaşlı Afrika əsilli fransalı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Coffre Kondoqbiya 2017-ci ildən “Valensiya”da çıxış edirdi.

Paylaş

 Xəbəriniz olsun