“Atletiko” Suaresi alır, Moratanı göndərir

  • SpaceTV
  • 21 Sentyabr 2020 15:47

İtaliyanın “Yuventus” klubu İspaniya “Atletiko”sunda çıxış edən Alvaro Moratanı heyətinə qatacaq. 

Spacetv.az “Deportes Cuatro” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu icarə əsasında Turin təmsilçisində çıxış edəcək. Moratanı əvəz edəcək əsas namizəd “Barselona”nın hücumçusu Luis Suaresdir. 33 yaşlı uruqvaylı hücumçunun paytaxt klubu ilə razılığa gəldiyi iddia edilir. 

Morata sentyabrın əvvəlində “Atletiko”dan getmək istədiyini rəhbərliyə bildirib. “Yuventus” 50 milyon avro qarşılığında hücumçunu almağa çalışsa da, qarşı tərəf təklifi rədd edib. 

Qeyd edək ki, Alvaro Morata “Ateltiko”da 2019-cu ilin yanvarından çıxış edir. Morata bu müddət ərzində 61 matçda iştirak edib və 22 qol vurub. Hücumçu 2014 – 2016-cı illərdə “Yuventus”un formasını geyinib.

Paylaş

 Xəbəriniz olsun