Türkiyədə avtomobil yoluna çıxan atlar qəzaya səbəb olub.
Türkiyədə haradan gəldikləri məlum olmayan at sürüsü avtomobil yoluna çıxıb. Naməlum bir şəxs atları yoldan çıxarmaq istəyib. Ancaq, hürkən atlar əks istiqamətdə qaçmağa başlayıb və hərəkət edən maşınların yoluna çıxıb Nəticədə yüksək sürətlə hərəkətdə olan avtomobil ata çırpılaraq onu havaya uçurdub. Asfalt yola çırpılan atın üstünüdən daha sonra isə yük maşını keçib.