Atıcılıq

  • SpaceTV
  • 21 Oktyabr 2019 13:44

Güllə atıcılığı yarışı Salyan şəhər 2 saylı tam orta məktəbinin atıcılıq tirində baş tutub. Yarışa kişi və qadınlardan ibarət 4 idman təşkilatının 45 nəfər idmançısı qatılıb. İdmançılar 15 dəqəqə ərzində tapança və tüfəngləri, eləcə də hədəfləri yoxladıqdan sonra atəş açmaya start verilib.

Pnevmatik tapança, həmçinin tüfəngdən 10 metr məsafəyə atəş açılıb. Qaliblərin müəyyən edilməsi üçün hədəfə dəyən ballar toplanılıb.

Yarış başa çatdıqdan sonra qaliblər müəyyənləşdirilib. Atəşaçmada I, II və III yerləri tutanlar medal və diplomlarla mükafatlandırılıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun