Atatürkün bənzəri tənqid olundu: “Bundan istifadə edirsən”

  • SpaceTV
  • 12 Noyabr 2019 12:55

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə olan bənzərliyindən istifadə etdiyi deyilən şəxs tənqid olunub.

SPACE TV  xəbər verir ki, aktyor Göksel Kaya uniforma geyinib ata minərək İzmir küçələrində dolaşıb. İnsanlar Kayanın bu addımını birmənalı qarşılamayıblar.

Onlar aktyoru Atatürkə olan bənzərliyini istifadə etməkdə təqsirləndirərək sosial mediada yayılan görüntülərin rəy qismində “Hörmətsizlikdir” , “Besdir daha!” kimi rəylər yazıblar.

Qeyd edək ki, iki uşaq atası olan Kaya daha öncə fırıldaqçılıqda günahlandırılaraq saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb

Paylaş

 Xəbəriniz olsun