Atasının evindən oğurluq etdi

  • SpaceTV
  • 6 Avqust 2019 16:04

SPACE.TV-məlumat verir ki, Qubada bir evdən 47 min dollar oğurlanıb. Cinayət hadisəsinin üstünü açan polis maraqlı məqamla qarşılaşıb. Məlum olub ki, ev  sakinin pullarını oğurlayan elə öz oğludur.

Hadisə rayonun Vladimirovka kəndində baş verib. Belə ki, kənd  sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı bildirib. Məlumatla əlaqədar Rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub. İlkin dindirilmə zamanı Röyal Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib.

Tutduğu əməldən peşman olduğunu bildirən 18 yaşlı gənc oğurladığı pulları restoran və müxtəlif əyləncə mərkəzdərində xərcləyib.

İndi  atasının 47 min dollarını oğurlayan gənci cəza gözləyir. Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

                                                                                    Emin Vaqifoğlu_____Quba

Paylaş

 Xəbəriniz olsun