Atası ilə telefonla danışarkən ayı hücum edib parçaladı – FOTO

  • Space TV
  • 27 Avqust 2020 15:29

Atası ilə telefonla danışan qadın ayının hücumuna məruz qalıb. Vəhşi heyvan onu parçalayıb.
Spacetv.az CTV News-a istinadən xəbər verir ki, dəhşətli hadisə Kanadanın Saskaçevan əyalətində baş verib.
Məlumata görə, 44 yaşlı Stefani Blez, həyat yoldaşı Kertis və övladları – doqquz yaşlı Eli, iki yaşlı Uma ilə gölün sahilində, meşədə, ailələrinə məxsus evdə dincəlirmişlər.
Stefaninin atasının sözlərinə görə, vəhşi heyvan hücum etməzdən əvvəl qızı atasına peyk telefonu ilə zəng edib və xarab olmuş nasosdan şikayət edib.
“Oğlu Eli onun yanında idi. O, uşağı peyk telefonu üçün antenanın dalınca yolladı ki, dalğa daha yaxşı tutsun. Bir neçə saniyədən sonra telefondan qəribə səslər gəldi və Stefani daha cavab vermədi”, – deyə yaşlı kişi bildirib.
Bir müddət sonra Stefaninin əri qayınatasına zəng edərək, qızının ayının hücumuna məruz qaldığını deyib. Kertisin sözlərinə görə, heyvanın gözünə bibər qazı balonundan püskürüb və iki dəfə atəş atıb. Yırtıcı öləndən sonra o, arvadının yanına qaçıb və xilas etməyə çalışıb. Lakin qadın həmin vaxt artıq ölmüş olub.(oxu.az)

Paylaş

 Xəbəriniz olsun