Atambayevin köməkçisi Qırğızıstanın Baş naziri olmağa ən real namizəddir

  • Space TV
  • 1 Fevral 2021 17:03

Qırğızıstan parlamentində çoxluğu təmsil edən koalisiya Hesablama Palatasının sədri Ulukbek Maripovun ölkənin Baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

“RİA Novosti” agentliyi xəbər verir ki, qərar qanunverici orqanın iclasında qəbul edilib.

İndi qanuna görə U.Maripovun namizədliyi parlamentin tam tərkibi və ölkə prezidenti tərəfindən təsdiqlənməlidir.

U.Maripov hazırda Qırğızıstanın Audit Palatasının rəhbəridir.

O, əvvəllər Fövqəladə Hallar Nazirliyində və Maliyyə Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Qeyd olunur ki, Qırğızıstanın Baş naziri olmağa ən real namizəd eks-prezident Almazbek Atambayevin köməkçisi olub.

Paylaş

 Xəbəriniz olsun