Atambayev aclıq aksiyasını dayandırdı

  • Space TV
  • 28 Oktyabr 2020 17:22

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev paytaxtın 1 saylı istintaq təcridxanasından məhkumların ixtisaslı tibbi yardım ala biləcəyi başqa bir koloniyaya köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkili Serqey Slesarev xəbər verib.

“Almazbek Şarşenoviç köçürülmə tələbinin yerinə yetirilməsi ilə əlaqədar aclıq aksiyasını sona çatdırıb. O özünü normal hiss edir, dünən və bu gün təzyiqi aşağı olub, amma ümumilikdə vəziyyəti normaldır”, – deyə o vurğulayıb.

Slesarevin verdiyi məlumata görə, o, Dövlət Penitensiar Xidmətinin komissiyasının qərarı ilə 1 saylı istintaq təcridxanasından 47 saylı koloniyaya köçürülüb.

Xatırladaq ki, keçmiş prezident oktyabrın 26-da Bişkekdə saxlanıldığı istintaq təcridxanasında aclıq elan etmişdi. Vəkilinin sözlərinə görə, Almazbek Atambayev əvvəllər edam hökmünə məhkum edilən dustaqların güllələndiyi zirzəmidə saxlanılırdı.

“Orada ən sadə şərait belə mövcud deyil”, – deyə vəkil qeyd edib.

Paylaş

 Xəbəriniz olsun