Ata körpə qızını küçədə unutdu

  • Space TV
  • 20 Dekabr 2019 15:10

Rusiyanın Voloqda vilayətində sərxoş ata azyaşlı övladını küçədə unudub.

Vologda-poisk.ru-nun xəbərinə görə, 32 yaşlı Sokol sakininin unutduğu bir yaş altı aylıq körpə Suxona çayı üzərindəki körpüdən tapılaraq polis idarəsinə təhvil verilib.

Məlum olub ki, atası axşam sərxoş vəziyyətdə qonaqlıqdan qayıdan zaman uşağı unudaraq küçədə qoyub və səhər oyananda qızının yanında olmadığını anlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun