Ata ilə qızı qəzaya düşüb

  • SpaceTV
  • 2 Dekabr 2019 15:10

Culfa şəhərində qeydiyyatda olan 55 yaşlı İmran Yaqubov VAZ 2107 markalı avtomobil ilə Lənkəran rayonunun Girdəni kəndindən keçən magistral yoldan çıxıb. Onun idarə etdiyi maşın bir neçə metr hündürlükdən yolun kənarına – torpaq sahəyə düşüb. Nəticədə sürücü ilə qızı – 26 yaşlı Bakı sakini Cəmilə Yaqubzadə ağır bədən xəsarətləri alıblar. İran İslam Respublikasına müalicə almaq üçün gedən ata və qızı qəzaya düşdükləri avtomobildən çıxarılaraq Təcili Tibbi yardım maşınıilı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qəzanın hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun