At qonşular arasında davaya səbəb olub

  • SpaceTV
  • 10 Oktyabr 2019 17:58

35 yaşlı kənd sakini Sahilə Ələkbərova qonşunun çəpərinin yaxınlığında olan atı gətirən zaman Firduz Dəmirova və övladları qadına hücum edib. Onlar 35 yaşlı qadının əl-qolunu bağlayaraq onu döyüblər. Səs-küyə digər qonşular gəlib və döyülən Sahilə Ələkbərovanı xilas ediblər. Zərərçəkən Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Zərərçəkənin həyata yoldaşı Xaliq Bayramov qadının ata bağlayıb sürüdülməsinin baş vermədiyini, əl-ayağının bağlanıb döyüldüyünü bildirib. O həmçinin həyat yoldaşını döyən qonşuları ilə 6 ildən artıq küsülü olduqlarını da bildirib.

Goranboy rayon Mərkəzi xəstəxanasında müalicə alan qadının vəziyyətinin normal olduğu bildirilib. Sahilə Ələkbərovanı döyən həmkəndlisi isə polis şöbəsinə dəvət edilərək izahatı alınıb.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun