At əti aşkarlanıb

  • SpaceTV
  • 5 Dekabr 2019 15:59

Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini  sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 rəst at cəmdəyinin qalıqları aşkar edilib.

Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun