ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüblər

  • Space TV
  • 14 Dekabr 2020 14:09

İrəvanda Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü başlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin “Facebook” səhifəsində bildirilib.

Xatırladaq ki, vasitəçilər Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) Dağlıq Qarabağa dair məsləhətləşmələr üçün regional səfər çərçivəsində İrəvandadırlar.

Bir neçə gün əvvəl əvvəl isə onlar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüblər.

Paylaş

 Xəbəriniz olsun