ATƏT: ABŞ “kütləvi qırğın silahını” yenidən tətbiq edəcək

  • Space TV
  • 4 Fevral 2020 10:28

ATƏT-in Parlament Assambleyasının İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin üzvləri ABŞ-ın hərəkətlərindən narahatdırlar.

“TASS” xəbər verir ki, ABŞ Obamanın zamanında qadağan olunmuş piyadalara qarşı minaların istifadə edilməsinə icazə vermək niyyətindədir.

Komitə ABŞ-ı bir çox ölkələr kimi piyadalara qarşı minalardan istifadəni tam qadağan etməyə çağırıb.

“Bu minalar dəqiq nişansız kütləvi qırğın silahıdır və əsasən mülki əhaliyə təhlükə yaradır”, – deyə ATƏT-də qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun