ATƏT ABŞ-dakı seçkiləri tənqid etdi

  • Space TV
  • 5 Noyabr 2020 10:21

ATƏT ABŞ-da seçki kampaniyasının maliyyəsinin şəffaflığı ilə bağlı ciddi narahatlığını ifadə edib.

Spacetv.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ATƏT-in seçkiləri şərh edən müşahidə missiyası açıqlama ilə çıxış edib.

“Seçki kampaniyasının maliyyələşdirilməsinə dair tənzimləmə federal qanunlar, Ali Məhkəmə və digər məhkəmələrin qərarları ilə rəsmiləşdirilir. Namizədlərə verilən ianələrə çıxış məhduddur və tam açıqlanmalıdır”, – deyə ATƏT rəsmiləri vurğulayıblar.

Paylaş

 Xəbəriniz olsun