ATƏT-ə üzv ölkələrin XİN başçılarının görüşü başlayıb

  • Space TV
  • 3 Dekabr 2020 14:09

ATƏT Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) 27-ci iclası Albaniyanın sədrliyi İlə başlayıb.

Spacetv.az xəbər verir ki, əvvəlcədən Albaniya paytaxtı Tirana şəhərində nəzərdə tutulan, amma koronavirus pandemiyasına görə ilk dəfə video formatda keçirilən iclası ATƏT-in hazırkı sədri, Albaniya baş naziri, Avropa və xarici işlər naziri Edi Rama açaraq ATƏT məkanında mövcud problemlər və təhlükələrdən danışıb.

İştirakçı nazirlər bəyanatlarını səsləndiriblər.

Daha sonra onlayn plenum toplantılarda ATƏT məkanında bu il mövcud olan təhlükəsizlik məsələləri və böhranlar, o cümlədən Qarabağ məsələsinin həlli məsələsi də müzakirə olunacaq.

Paylaş

 Xəbəriniz olsun