Atəşkəs 22 dəfə pozulub

  • SpaceTV
  • 5 Sentyabr 2019 12:53

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gün ərzində atəşkəs rejimini 22 dəfə pozub.

  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Space TV –yə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndindəki mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki  mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndindəki mövqeləri atəşə tutub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Paylaş

 Xəbəriniz olsun