Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

  • SpaceTV
  • 9 Sentyabr 2019 11:07

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Space TV -yə verilən məlumata görə, Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Mərasim ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Qeyd edilib ki, “Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəkdir”.

Paylaş

 Xəbəriniz olsun