Astronomlar Günəş sisteminin sirli doqquzuncu planetinin əkizini kəşf ediblər

  • Space TV
  • 15 Dekabr 2020 10:01

Astronomlar Günəş sistemindəki sirli doqquzuncu planetin mümkün əkizini kəşf ediblər. O, Yer kürəsindən 336 işıq ili məsafədədir.

Spacetv.az xəbər verir ki, bu barədə “The Astronomical Journal” xəbər yayıb.

Yeni kəşf edilmiş planet ölçü baxımından Yupiterlə müqayisə edilə bilər, kütləsi isə ondan 11 dəfə çoxdur.  Bu cismin orbiti, ətrafında dövr etdiyi ulduzdan son dərəcə uzaqdır.

Ekzoplanetin “öz” ulduzundan məsafəsi Yerlə Günəş arasındakı məsafədən 730 dəfə çoxdur. Bu məsafə orbitinin parametrlərini hesablamağı çox çətinləşdirir.

Bu ixtira elm adamlarına Doqquzuncu Planet fərziyyəsini sübut etməyə kömək edəcək.

Paylaş

 Xəbəriniz olsun