Astronavt kosmosa göndərilib

  • SpaceTV
  • 26 Sentyabr 2019 16:30

Birləşmiş Ərəb Əmirliyinin ilk kosmonavtını daşıyan kosmik gəmi sentyabrın 25-də Qazaxıstanın Baykonur kosmodromundan havaya qalxıb. Həzza Əl-Mənsurini ilk səfərində NASA-nın astronavtı Jessica Meir və Rusiyanın kosmik agentliyindən olan Oleq Skripoçka müşayiət edib.

Rusiyaya məxsus raket axşam saatlarında Baikonurdan uçuş edərək uğurla orbitə çıxıb. Əl-Mənsuri həmçinin Beynəlxalq Kosmik Stansiyada ilk ərəb kosmonavtı olub. Onun Yerə qayıtması oktyabrın 3-də nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun