Astaranın sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçıları bol məhsul yetişdiriblər

  • Space TV
  • 15 Yanvar 2020 15:28

Əbəs yerə deməyiblər – bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Bağa   yaxşı qulluq edən təsərrüfatçılar çəkdikləri zəhmətin bəhrəsini görürlər. Hər il min tonlarla məhsul toplayan fermerlər, noyabr ayından bu günə kimi 2850  ton məhsul yığıblar. Hazırda portağal yığımı yekunlaşmaq üzrədir.

Bağbanlar “Vaşinqton” sortuna üstünlük verirlər. Bu portağal xoş ətrə, dada malik olması və sululuğuna görə seçilir. Qiymətlərə gəldikdə isə, ölçüsünə görə dəyişir. Yerində məhsulu 1 – 1.50 manata satan bağbanlar portağalı anbarda xüsusi üsulla saxlayıb qış və yaz aylarında daha sərfəli qiymətə satırlar.

Məhsulu xaricə ixrac edə bilməyən fermerlər yerli bazarla kifayətlənirlər. Portağal əsasən paytaxta və digər bölgələrə çıxarılır.  Ötən il  Astara rayonunda 372 hektar portağal bağlarından 2542 ton meyvə yığılıb. Bu il isə portağalın əkin sahəsi 39,8 hektar artırılaraq 411,7 hektara çatdırılıb. Bağlardan 3000 tona yaxın məhsulun yığılması gözlənilir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun