Astaranın qədim daş abidələri – VİDEO

  • SpaceTV
  • 23 Oktyabr 2020 15:28

Qədim tarixi ilə məşhur olan Astaranın Sım kəndi həm də daş abidələri ilə tanınır. Onların ən məşhuru daşdan oyulmuş su hovuzu və padşah daşıdır. Space TV xəbər verir ki, bu daş abidələr həm zahiri görünüşü, həm də istifadə məqsədi baxımından qonaqların daha çox marağına səbəb olur. 

Kənd sakini Arifə Allahyarovanın həyatyanı sahəsindəki bu daşdan yonulmuş su hovuzunun dəqiq tarixi məlum deyil. Dövrünün padşahı üçün hazırlanan hovuzdan bəzi rəvayətlərə görə suyu şəffaf saxlamaq, bəzi rəvayətlərdə isə balıq bəsləmək məqsədi ilə istifadə edildiyi deyilir.  

Sım kəndinin daş abidələrindən biri də padşah daşıdır. Bu daş abidə həm zahiri görünüşü, həm də istifadə məqsədi baxımından qonaqların daha çox marağına səbəb olur. Məsələn, daşlarda 20-30 sm ölçüdə xüsusi çalalar qazılıb ki, bunda da məqsəd işıqlanmanı təmin etmək üçün şamları qoymaqdır. 

Kəndin daş abidələri sırasında ən böyüyü meşə zolağında yerləşən Ballıqayadır. Hündürlüyü 120 metr, diametri 1 hektar olan qayanın oyuqlarında həmişə arı yuvaları müşahidə edilir. 

Paylaş

 Xəbəriniz olsun