Astaranın Pensər kəndi təndirçiləri ilə məşhurdur

  • SpaceTV
  • 28 Yanvar 2020 13:40

Pensər kənd sakini  Ehtiram Nadirov təndirkəsmə sənəti ilə  hələ kiçik yaşlarından  məşğul olur.  Onun sözlərinə görə təndirlərin  ölçüləri sifarişlər əsasında olur.  40-45 çörək tutumlu olan ən böyük təndirlərin   hündürlüyü 1.20, diametri 1.40 smdir.   Bunları  daha çox  sahibkarlıq fəaliyyəti ilə məşğul olan təndirxanalar üçün kəsirlər. həyətyanı və bağ evləri  üçün isə  6-7, 13-14 çörəklik təndirlər sifariş olunur.  Təndir hazırlandıqdan sonra   bir neçə gün qurudulur, daha sonra isə   möhkəmliyni tam təmin etmək üçün yandırılır.

Təndrlərin qiymətləri  ölçüsündən asılı olaarq  20-30 manat arasında dəyişir. Alıcılıq da kifayət qədər var. Hətta  xarici ölkələrdən də sifarişlər olur.

Kənddə əksər ailələrin  dolanışığı təndir hazırlayıb satmaqla keçir. Yay aylarında tələbata görə   hər ailə bir ayda   40 -45 , qış aylarında isə 20-25  təndir kəsir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun