Astarada xuliqanlığa görə saxlanan şəxsdə silah və narkotik aşkarlandı

  • Space TV
  • 2 Noyabr 2020 16:52

Astara rayonunun Maşxan kənd sakini E.Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov tərəfindən döyüldüyünü bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Spacetv.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Elvin Hüseynov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı və lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb

Faktla əlaqədar Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Paylaş

 Xəbəriniz olsun