Astarada televizora baxan yerdə ər və arvad dünyasını dəyişdi

  • SpaceTV
  • 14 Yanvar 2020 15:26

Şəhərin Səməd Vurğun küçəsində yaşayan Səxavət Əhmədov ilə həyat yoldaşı Zərifə Əhmədova dəm qazından boğulub. Bədbəxt hadisə gecə baş versə də, yaxınları səhər saatlarında bundan xəbər tutub. 61 yaşında olan ər-arvadın meyiti yaşadıqları evdə aşkar olunub. 

Yaxınlarının dediklərinə görə, 2 ay əvvəl də anoloji hadisə baş verib. O zaman təcili tibbi yardım briqadası vaxtında köməyə çatıb və bədbəxt hadisənin qarşısını ala bilib.

Lazımi tədbirlər görməyən ər və arvad isə ikinci dəfə eyni hadisədən sağ çıxa bilməyib. Onlar təcili yardım briqadası çağırsalar da, artıq gec olub.

Onların cansız bədənləri hadisə yerindən götürülərək daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun