Astarada Sürüşmə olub

  • Space TV
  • 17 Dekabr 2019 14:12

Cənub bölgəsində bir neçə gündür yağan yağışlar rayonun dağ kəndlərində sürüşmə aktivliyini artırıb. Sürüşmə nəticəsində sitrus bağlarına ciddi ziyan dəyib. Onlarla  naringi  və limon ağacları torpaq altında qalıb, bəziləri isə qırılaraq aşıb.

Miki kəndində yaşayan ailələrin çoxu qazanclarını məhz sitrus bağlarından əldə edirlər. Torpaq sürüşməsinin son vaxtlar aktivləşməsi haqlı olaraq onları narahat edir. Digər tərəfdən evlərə ziyan dəyməsə də, kənddaxili yollarda gediş-gəliş çətinləşib.

Taxtanəkəran-Miki avtomobil yolunun müxtəlif  hissələrində torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü bir neçə metr uzunluğunda aralanıb və çatlar əmələ gəlib. Hazırda yolun  hərəkət istiqaməti çokdüyü üçün avtomobillərin hərkətində də çətinliklər yaranıb. Qeyd edək ki, rayon mərkəzi ilə Miki kəndi arasında 35 km uzunluğunda olan yolun alternativi yoxdur. Yerli sakinlər onu da bildirdilər ki, əgər növbəti dəfə güclü yağışlar yağarsa, sürüşmənin miqyası bir qədər də böyüyəcək. Bu da ucqar dağ kəndi ilə rayon arasında olan əlaqənin kəsilməsinə səbəb olacaq.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun