Astarada sakini cinayət başında saxlanılıb. Narkotacir heroin satarkən tutulub.

  • Space TV
  • 20 Yanvar 2020 12:09

Astara polisi uğurlu əməliyyat tədbiri keçirib. Nəticədə rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Məstiyev 150 qram narotik vasitə olan heroini 4000 manata satarkən cinayət başında saxlanılıb. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq ondan  504 qram heroin də aşkarlanaraq götürülüb. Araşdırmalarla Teymur Məstiyevin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından aldığı aydınlaşıb. Onun qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilmiş 654 qram heroini Ələt-Astara yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən satmaq üçün götürdüyü müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun