Astara şəhər sakini Turab Ağayev polisə müraciət edərək evindən 10000 manat pul və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib. Bunun əsasında Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qohumu, Ərçivan qəsəbə sakini olan bir qadın olduğu müəyyən edilib və o saxlanılıb. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Rövşən Almasoğlu SPACE TV