Astarada narkotacirlər cinayət başında saxlanılıb

  • SpaceTV
  • 14 Yanvar 2020 15:31

Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev narkotik vasitə olan heroini Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqova satmaq istəyərkən hər ikisi saxlanılıb. Astara Rayon Polis Şöbəsinə gətirilmiş Q.Əliyevin üzərindən bir ədəd bağlamada 2 kiloqram, C.Xalıqovun üzərindən isə bir bükümdə 1,25 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Q.Əliyevin narkotik vasitəni İran vətəndaşından aldığı, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini Şəbir Səmədli bir büküm heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 530 qram heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun