Astarada maskalı şəxslər evə basqın etdilər: Yaralılar var

  • Space TV
  • 17 Sentyabr 2020 10:19

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

Spacetv.az-ın verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin üç üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir.

Onlardan baba və nəvə – S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun