Astarada ikinci mərhələ qəbul çeşidləmə məntəqəsi fəaliyyətə başlayıb.

  • Space TV
  • 29 Fevral 2020 15:08

Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən Astara şəhərində gömrük-keçid məntəqəsinə yaxın ərazidə ikinci mərhələ qəbul çeşidləmə məntəqəsi dünəndən fəaliyyətə başlayıb. Artıq 450 çarpayılıq 59 çadır qurulub. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin rəisi, polkovnik Kamal Əliyevin sözlərinə görə, səyyar hospitalda 20 texnika, 100 nəfərlik şəxsi heyət, o cümlədən 8 həkim və 8 tibb işçisi fəaliyyət göstərəcək.

Sərhəddən keçən hər bir şəxs çadır şəhərciyində təkrar müayinə olunacaq. Hər hansı bir şübhəli şəxs aşkarlanarsa, müvafiq tibbi müəssisələrə təcili tibbi yardım maşını ilə göndəriləcək. Çadırlar su, istilik və elektriklə təchiz edilib. Rahat yataq dəstləri, bir neçə gün qalmaq üçün lazımi avadanlıqlarla təmin olunub. Qeyd edək ki, ilkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biliəcəklər. Analoji şəhərcik Biləsuvar gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında da yaradılıb.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun