Astarada iki qardaşın evindən eyni gündə oğurluq edən həmkəndlilər saxlanılıb

  • Space TV
  • 5 May 2020 15:02

Rayonun Ərçivan qəsəbə sakini Elçin Məstiyev polis şöbəsinə müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirib. Astara polisi tərəfindən “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onların Ərçivan qəsəbə sakinləri – Hüseyn Hüseynov və İmaməli Məmmədov olduqları müəyyən edilib. Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub. 

Oğurlanan qızıl əşyalar aşkarlanaraq maddi-sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun