Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlandı

  • Space TV
  • 22 Yanvar 2021 11:56

Astara rayonunda qızına nişan mərasimi təşkil edən ata cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nın əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini K.Səfərovun karantin rejimi qaydalarını pozaraq evində qızına nişan mərasimi təşkil etdiyi müəyyən edilib. Həmin məclisdə iştirak edənlər polis şöbəsinə dəvət edilib.

Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub. Yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. 

Paylaş

 Xəbəriniz olsun