Astarada biri qadın olmaqla 4 narkotacir saxlanıldı.

  • SpaceTV
  • 28 Yanvar 2020 13:15

Astara polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhər sakini Günay Cəfərova 1 bükümdə metamfetamini satarkən saxlanılıb. Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırmalarla Günay Cəfərovanın psixatrop maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib. Siyavuş Əliyev 1 bükümdə metamfetamini və 1 ədəd metadon həbini satdıqdan sonra saxlanılıb. Onun üzərindən 1 bükümdə heroin, 6 bükümdə metamfetamin, yaşadığı evdən isə 1 kiloqram heroin və elektron tərəzi aşkar edilib. 

Digər əməliyyat tədbiri nəticəsində isə rayonun Şahağacı kənd sakini Oktay Quliyev heroin satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilib və bir büküm heroin aşkarlanıb. Araşdırmalarla narkotik vasitənin əldə olunduğu mənbə də müəyyən edilib və həmin şəxsin Astaranın Şahağacı kənd sakini Emin Mikayılov olduğu məlum olub. Emin Mikayılov 2 bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb. Üzərindən əlavə olaraq 5 bükümdə heroin aşkarlanaraq götürülüb. Onun evindən axtarış zamanı 5 ədəd bağlamada 6 kiloqramdan artıq tiryək, bir bükümdə 70 qram psixatrop maddə metamfetamin tapılıb. Faktlarla bağlı araşdırmalar davametdirilir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun