Astarada bağçılıq və sitirusçuluq

  • SpaceTV
  • 19 Mart 2020 14:04

Naringi, portağal, limon, kivi, feyxoa, kinkan və digərləri….Bu meyvələr cənub bölgəsində bağların bəzəyi sayılır. Həm də sakinlərin əsas dolanışıq yerlərindən birirdir. Yığılan meyvələrin satışı isə mərhələli şəkildə həyata keçirilir. Daha dəqiq desək, bir hissəsi yığıldığı vaxt, bir hissəsi xüsusən, bayram günlərində daha yaxşı qiymətə satamaq üçün saxlanılır. Bu müddət ərzində həm ağacların qorunması, həm də meyvələrin saxlanılması vacib amildir.

Meyvələr uzun müddətli qalması üçün digər bir mühüm amil isə yığılan zaman ehtiyyatlı yığılmasıdır ki, bu zaman da həmin meyvəyə xətər dəyməməməlidir. Çünki hər hansı bir zədə həmin meyvənin qısa bir müddətdə sıradan çıxması deməkdir. Bu isə təsərrüfat sahibləri üçün itki sayılır. Dərilən meyvələr əsasən anbarlara tədarük olunur. Bu zaman təsərrüfat sahiblərinin üzləşdiyi müəyyən çətinliklər olur. Belə ki, meyvə əsasən həyətlərdəcə düzəldilən anbarlarda saxlanılır.

Həmin anbarların tutumu az olduğundan təsərrüfat sahibləri, meyvənin bir hissəsini elə dərildiyi vaxt bir qədər ucuz qiymə satırlar. Bu da sərfəli hesab olunmur. Astara rayonun mərkəzində xüsusi saxlama anbarları olsa da sakinlər hər dəfə uzun yol qət edib, əlavə xərcə düşmək istəmədiklərindən bu üsulu seçiblər. Onların əsas istəklərindən biri də odur ki, bu kimi əlavə xərclərin qarşısını amaq məqsədi ilə Kijəbə qəsəbəsində də saxlama kameraları tikilsin.

Qeyd edək ki, Kijəbə qəsəbəsi Astara rayonunda sitrus meyvələrinin yetişdirilməsində böyük pay sahibidir. Burada bağlardan tədarük olunan müxtəlif sitrus meyvələri yerli bazarlarla yanaşı, xarici ölkələrə, xüsusən qonşu Rusiya federasiyasına ixrac olunur.

Rövşən Almazoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun